Ona tarixdə Təkgöz Antiqon da deyirlər. Eradan əvvəl 4-cü əsrdə Makedoniyalı İskəndərin sərkərdəsi olub. Türkiyənin İznik şəhər müzeyində Antiqonun sarqofaqı saxlanılır.
Tarix bilgilərinə görə, Təkgöz Antiqon eradan əvvəl 301-ci ildə döyüşdə öldürülüb. Sevgilisinin ölümündən sonra sərkərdənin xatirəsinə daş üstündə yazdığı məktub da muzeyə verilib. "Mən kədərli Areta, bütün ruhum və vücudumla ağladım, bu bədbəxtlikdir, ölüm onu qaytarıb məni aparsın" - məktubda belə yazılıb.
Bursa yaxınlığındakı İznikin eradan əvvəl qədim adı Nikeya olub, 4 imperiyanın vacib şəhəri və bəzi vaxtlarda hətta paytaxt olub, Yunan, Roma, Bizans və Osmanlı imperiyaları... Sərkərdə Təkgöz Antiqonun şərəfinə ona Antiqoniya da deyilib.
E.ə. 325-ci ildə məhz Nikeyada 1-ci xristian kilsə məclisi keçirilib və bu zaman xristianlıq artıq Bizansda dövlət dini sayılırdı…
Zümrüd VƏLİYEVA