Sankt-Peterburqda MDB-yə üzv ölkələrin liderlərinin qeyri-rəsmi zirvə görüşü keçiriləcək

9 Dekabr 2022 08:53 (UTC+04:00)

Dekabr ayının sonunda Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov brifinqdə bildirib.

“Dekabrın sonunda yaranmış ənənəyə uyğun olaraq Sankt-Peterburqda MDB iştirakçısı olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi, dostluq görüşü keçiriləcək”, - o deyib.