Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirən şəxs həbs edildi

5 Dekabr 2022 11:09 (UTC+04:00)

Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadənin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Beyləqan rayon məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və F. Cəlilzadə barədə 4 ay həbs qəti imkan tədbiri seçib.

Məlumatı Trend-ə Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Xatırladaq ki, dekabrın 2-də Beyləqan rayon sakini F.Cəlilzadə aralarında baş vermiş mübahisə nəticəsində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi evində, oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni isə qəbirstanlıqda güllələyərək qətlə yetirib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

F.Cəlilzadə şübhəli şəxs qismində saxlanılıb.