“İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub - FOTO

1 Dekabr 2022 16:44 (UTC+04:00)

Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumatda bildirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar arasında təşkil edilən şahmat üzrə “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub.

Nazirliyin tabeliyindəki DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri iştirak edib.

İştirakçılar əvvəlcə istedadlı pensiyaçıların və Mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son illər aparılan sosial islahatlar çərçivəsində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan addımları qeyd edib.

İradə SARIYEVA