Prezident İlham Əliyev Vayra Vike-Freyberqanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Vayra Vike-Freyberqa “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilir.