İran prezidenti öldürülən qadından danışdı…

23 Sentyabr 2022 16:55 (UTC+04:00)

Artıq neçə gündür ki Məhsa Əmininin ölümü İranı çalxalamaqdadır. Əxlaq polisi tərəfindən qətl edilən qadına görə baş qaldıran etirazlar dini hakimiyyətə qarşı çevrilməkdədir. Baki-xeber.com “The National”-a istinadən məlumat verir ki, İran prezidenti İbrahim Rəisi bu cinayətlə bağlı ciddi istintaq aparılacağını  vəd edib. İran prezidenti bu barədə BMT tribunasında danışıb: “Mən ilk fürsətdə onun ailəsi ilə əlaqə saxladım və bizim bu insidenti əzimlə araşdıracağımıza söz verdim  Bizim ən böyük qayğımız vətəndaşlarımızın hüququnu qorumaqdı”. Qeyd edək ki İranda sentyabrın 17-dən başlayan etirazlarda azı 36 şəxsin öldürüldüyü bildirilir.

Ceyhun MİRZƏLİ