Bəzi heykəllərin üzərindəki yazılar hələ də kiril əlifbasında qalır - Nazirlik nə düşünür...

23 Sentyabr 2022 11:30 (UTC+04:00)

Azərbaycanda hələ də bəzi heykəllər üzərində kiril əlifbası ilə yazılmış yazılar qalmaqdadır. Baxmayaraq ki, Azərbaycan 31 ildir ki latın qrafikalı əlifbaya keçid edib.

Ümumiyyətlə heykəllərin üzərində olan kiril əlifbalı yazılarla bağlı hər hansı bir dəyişikliyin edilməsi nəzərdə tutulurmu?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər ki, həmin yazıların yenilənməsi planlaşdırılır:

"Heykəllər üzərindəki kiril əlifbası ilə olan yazılar hamısı mərhələli şəkildə dəyişiləcək və məlumat lövhəsi də əlavə olunacaq", - nazirlikdən qeyd olunub.