Ceyhun Bayramov Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib...

23 Sentyabr 2022 09:41 (UTC+04:00)

21 sentyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat idarəsi məlumat yayıb.