Hindistan Çin gəmisindən narahatdır…

16 Avqust 2022 15:42 (UTC+04:00)

Şri-Lankanın Hambantota limanına yerləşmiş Çin gəmisi Hindistanın narahatlığına səbəb olub.  Baki-xeber.com “The National”-a istinadən  bildirir ki,  Hindistan Yuan-Vanq gəmisinin avqustun 22-dək limanda qalacağını iddia edir. Rəsmi Dehli bu gəminin casusluq məqsədilə göndərildiyini güman edir.

Şri-Lanka Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Çin gəmisinə  idenifaksiya sistemini açıq saxlamaq və heç bir elmi araşdırma  aparmamaq şərti ilə sulara daxil olmaq icazəsi verilib.

Ceyhun MİRZƏLİ