"Facebook"da saxta profil açan şəxs azərbaycanlı qadınları şantaj edir - FOTO

15 Avqust 2022 16:52 (UTC+04:00)

"Facebook"da saxta profil açan şəxs azərbaycanlı qadınları şantaj edir. Bu barədə Trend-ə şantaj olunan N.M (ad, soyad şərtidir) məlumat verib.

Onun sözlərinə görə, "Taner Emirza" adlı bu "Facebook" istifadəçisi qadınların profilinə daxil olaraq onların şəkillərini götürür. Daha sonra isə bu fotolardan xüsusi proqramlar vasitəsilə videolar hazırlayıb, həmin qadınları şantaj edir.

Şikayətçi xanım özünün də bu şantaja məruz qaldığını bildirib, sözü gedən şəxs "Facebook" vasitəsilə ondan pul istəyib, əgər pulu göndərməsə, bu video və şəkilləri onun dostluq siyahısında olan istifadəçilərə göndərəcəyi ilə hədələyib

Pulu ala bilmədiyini görən şəxs, daha sonra N.M-i təhqir edib, nalayiq ifadələrdən istifadə edib.

Şantaja məruz qalan xanım yazılı şəkildə polisə müraciət etdiyini də qeyd edib.