Ermənilər Laçında evlərdən sonra meşələri də yandırmağa başladı - VİDEO

15 Avqust 2022 15:41 (UTC+04:00)

Bir neçə gündür ki, sosial şəbəkələrdə ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır.

Trend xəbər verir ki, bu dəfə ermənilərin Laçın meşələrinə od vurmalarını əks etdirən görüntülər yayılıb.

Ermənilər bu dəfə də heç bir beynəlxalq hüquqa əhəmiyyət vermədiklərini göstərmiş olurlar.