Rusiyanın Ukrayna müharibəsinə görə ona sanksiya tətbiq edən Qərbə qaz nəqlini azaltması xüsusilə Almaniyanı böyük fəlakətə sürükləyir.
Soyuq su ilə yuyunmaq çağırışlarının belə edildiyi Almaniyada axşam saatlarından sonra işıqların kəsilməsinə başlanıb. Qışa hazırlaşan Almaniya bu dəfə qazdan istifadəni 20 faiz azaltmağı planlaşdırır.
Moskvanı enerji ixracından “silah” kimi istifadə etməkdə günahlandıran Berlin administrasiyası “Qazprom”un iyunun ortalarında texniki problemləri əsas gətirərək “Şimal axını 1” boru kəmərini kəsməsinin enerji böhranına səbəb olacağından narahatdır.
İndi Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada bu qış qaz qıtlığından qaçmaq üçün qaz istifadəsini 20 faiz azaltmaq gündəmdədir.
Tahir TAĞIYEV