Azərpaşa Nemətov “Şərəf” ordeni ilə təltif edildi

12 Avqust 2022 15:37 (UTC+04:00)

Prezident İlham Əliyev Azərpaşa Nemətovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərpaşa Zəfər oğlu Nemətov “Şərəf” ordeni ilə təltif edilsin.