İyulda ünvanlı sosial yardımın məbləği artdı

9 Avqust 2022 11:25 (UTC+04:00)

2022-ci ilin iyul ayında orta hesabla 1 ailəyə ödənilən ÜDSY-nin məbləği artaraq, 260,2 manatdan 360,0 manata çatıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,3% artım deməkdir.