Türkiyədə şəhid generalımız Polad Həşimovun adı verilmiş parkda onun büstü qoyulacaq

8 Avqust 2022 12:55 (UTC+04:00)
Türkiyənin İzmit Bələdiyyəsi tərəfindən şəhid generalımız Polad Həşimovun adına ayrılmış park ərazisində onun büstü qoyulacaq.
Bu barədə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin ( İSBAM ) rəhbəri Samir Adıgözəlli Facebook-da yazıb.
Mərkəz rəhbərinin paylaşımında deyilir:
"Dəyərli dostlar, gözəl bir xəbərim var.
Kocaeli HEYDƏR ƏLİYEV Kültür evi ilə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin ( İSBAM ) birgə müraciəti ilə İzmit Bələdiyyəsi tərəfindən Şəhid Generalımız Polad Həşimovun adına park ərazisi ayrılmışdır. Artıq əsas işlər görülüb, Generalımızın büstü hazırdır. Parkda son tamamlama işləri aparılır.
İnşəallah önümüzdəki aylarda açılış törənini həyata keçirəcəyik.
Buradan İzmit Bələdiyyə başqanı, Avukat sayın Fatma xanım Kaplan Hürriyyət "ə dərin təşəkkürümü bildirirəm.
Eyni zamanda bu işdə böyük zəhmətləri olan Bilal Dündar bəyə təşəkkür edirəm".
Namiq Quliyev