Türkiyənin XİN başçısı: "Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman yalnız deyil"

8 Avqust 2022 12:30 (UTC+04:00)

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Cənubi Qafqazda sülhün və normallaşma prosesinin başlanmasına şərait yaratdı.

Trend-in məlumatına görə, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman yalnız deyil" - deyə M. Çavuşoğlu qeyd edib.