Yer öz oxundan çıxır? - inanmaq olmur və səbəbi bilinmir…

6 Avqust 2022 14:22 (UTC+04:00)

Verilən məlumatlara görə, Yer kürəsinin öz oxu ətrafında fırlanma müddəti bir sutka, yəni 24 saat - 86 400 000 millisaniyə olsa da, hər 100 ildə bu müdət azacıq gecikmə ilə başa çatır, yəni Yer öz oxu ətrafında bir qədər gec fırlanırdı.

Lakin qəribədir ki, kainatın tarixində ilk dəfədir ki, Yerin öz oxu ətrafında bir qədər sürətlə fırlanmağa başladığı  məlum olub .Gözlənilməz və hələlik izah edilməyən astronomik hadisədir. Belə ki, iyulun 19-da Yerin öz oxu ətrafında bir dəfə fırlanması 86 400 000 millisaniyədən 1.47 millisaniyə tez başa çatıb və bu vəziyyət iyulun 29-dək davam edərək 1.59 millisaniyə həddinə qayıdıb.

Yer kürəsi ilə bağlı nə baş verir?

Ramil Quliyev