Çin Tayvanla ticarətini azaldır

3 Avqust 2022 15:44 (UTC+04:00)

Nensi Pelosinin səfərinə görə Çin Tayvanla ticarətini məhdudlaşdırıb. Baki-xeber.com “Al-jazeera”-ya istinadən bildirir ki, çərşənbə günü Çin gömrük orqanları Tayvana qum, balıq və sitrus məhsullarının idxalını dayandırmaq qərarına gəlib. Çin Gömrük İdarəsi qida idxalının dayandırılmasına səbəb kimi pestisid və koronavirus pandemiyasını göstərib. Çinin İşlər İdarəsi isə Tayvanın müxtəlif fondlarına əlaqələrin kəsiləcəyini bildirib.

Ceyhun MİRZƏLİ