QAFQAZ İSLAM ORDUSUNUN BAKINI İŞĞALDAN AZAD ETMƏSİNƏ (15 SENTYABR 1918-Cİ İL) HƏSR OLUNMUŞ YAĞLI BOYA RƏSM MÜSABİQƏSİ

3 Avqust 2022 18:38 (UTC+04:00)

Nuru Paşa (Mustafa Nuri Killigil)  komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən yağlı boya rəsm müsabiqəsi təşkil ediləcək. 
Mövzu: Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini, Bakının işğaldan azad edilişini və Nuru Paşanı necə təsvir edərdiniz?
İştirak şərtləri və müraciət qaydası:

• Müsabiqədə hər yaş kateqoriyası üzrə iştirak mümkündür; Xüsusilə rəssamların, rəssamlıq təhsili alan şəxslərin və tələbələrin iştirakı arzu edilir.
• İştirakçılar öz rəsmlərində hər növ yağlı boya materiallarından istifadə edə bilərlər.
• Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər.
• Rəsmlərin formatı 50 sm (şaquli) x 70 sm (üfüqi) və ya 70 sm (şaquli) x 90 sm (üfüqi) ölçülərində olmalıdır.
• Müsabiqəyə göndəriləcək rəsmin üz tərəfində iştirakçının imzası və ya ləqəbindən başqa heç bir məlumat yazılmamalıdır. 
• Rəsmlərin, iştirakçının məlumatlarının (ad, soyad, telefon, ünvan) etiketlə tablonun arxa tərəfinə yapışdırılması və Səfirliyimizə şəxsən və ya poçt/karqo vasitəsilə çatdırılması gözlənilir. Poçt/karqo xərci Səfirliyimiz tərəfindən qarşılanacaq. 
•  Poçt və ya karqo vasitəsilə göndərilən rəsmlər zədələnməyəcək şəkildə çatdırılmalıdır. Zərər görmüş işlər nəzərə alınmayacaq.
• Səfirliyimiz göndərilən bütün rəsmlərin təmsil etmək və sərgiləmək hüququna malikdir, rəsmlərə görə heç bir ödəniş edilməyəcək. 
• Müsabiqəyə göndəriləcək rəsmləri qiymətləndirəcək Münsiflər heyəti Səfirliyimiz tərəfindən rəssamlıq sahəsində mütəxəssis olan üzvlərdən təyin ediləcək.
• Müraciətin başlama tarixi 9 iyul 2022-ci il şənbə günü, bitmə tarixi isə 2 sentyabr 2022-ci il cümə günüdür. Müsabiqənin yekun nəticələri Səfirliyimizin sosial media hesabları vasitəsilə elan olunacaq. Münsiflər heyəti tərəfindən sərgilənməsi məqsədəmüvafiq hesab edilən rəsmlər rəssamların iştirakı ilə 15 sentyabr 2022-ci il tarixi həftəsində Səfirliyimizdə və müxtəlif sərgi salonlarında nümayiş etdiriləcək.

Ünvan və əlaqə vasitələri:
Ünvan: Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 
Səməd Vurğun küçəsi 134, Bakı 
Tel: +994 444 73 20, e-poçt: [email protected]
Twitter: https://twitter.com/TCBakuBE     
Facebook: https://www.facebook.com/TCBAKUBE/