Milli komandamız Avropa Çempionatında Ermənistanı diz çökdürdü... - FOTO

27 İyul 2022 19:04 (UTC+04:00)

Basketbol üzrə U-18 milli komandamız Avropa Çempionatında Ermənistan üzərində tarixi qələbə qazandı. Bu barədə məlumat baki-xeber. com-a milli komandadan verilib. 

 San Marino 'da gənclər arasında təşkil olunmuş Avropa Çempionatının "C" divizionunda U-18 milli komandamız B qrupunda üçüncü görüşünə çıxıb. Ermənistan seçməsi ilə qarşılaşan Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərlik etdiyi yığmamız görüşə üstün başlayıb və yekunda rəqibini 76-65 hesabı ilə məğlub edərək parketdən qələbə ilə ayrılıb. Bu qələbdən sonra millimiz qrupdan çıxmağı təmin edərək adını turnirin yarım finalına yazdırıb.

 Milli komandamızın qrupdakı sonuncu rəqibi Moldova komandası olacaq. Oyun 28 iyul Bakı vaxtı ilə saat 14.30 -da start götürəcək.

İradə SARIYEVA