Texnoloji şirkətlər Rusiyadan gedir…

4 İyul 2022 15:23 (UTC+04:00)

Çin də bundan narahatdı.

Ukraynaya olan təcavüzdən sonra Rusiyada “Apple” və Qərbin  texnoloji şirkətləri fəaliyyətlərini ixtisar ediblər. “CNBC” kanalına istinadən yayılan məlumata görə, Çin də Honq-Konqdakı fəaliyyətinə görə oxşar addımın özünə qarşı atılacağından narahat olub. Çinli istehsalçılar əsasən diqqətlərini Apple şirkətinə yönəldiblər  “Apple Pay” Rusiyanın əsas kanalları olan “RT” və “Sputnik News”u özünün satış şəbəkəsindən ayırıb.

Bu arada Çin tərəfi Ukraynanın Tayvanla müqayisədə müstəqil olduğunu bildirib. Ölkə başçısı Si Tsinpin Tayvanın mütləq Çinə  birləşməsinin vacib olmasını söyləyib. Rəsmi Pekin Ukraynanın suverenliyi barədə bəyənat versə də, çinli sosial şəbəkə fəalları Rusiyapərəst mövqe göstərir. Sosial şəbəkə istifadəçiləri “Apple”ın Rusiyadakı fəaliyyətini tənqid edərək Çinin addımlar atmasını tələb edirlər.

Ceyhun MİRZƏLİ