Erməni politoloq Laçın ermənilərinin “maradyorluğundan” özü də utandı

4 İyul 2022 16:36 (UTC+04:00)

Bu gün ermənilərin Laçında etdiyi biabırçılıqlar ölçüyəgəlməzdir. Onlar anlayırlar ki, Laçın ərazisindən çıxacaqlar. Bu səbəbdən də vandalizm hərəkətlərinə əl atırlar, yaşadıqları evləri dağıdırlar, əşyalarını, materiallarını daşıyırlar, bir sözlə, orada dəhşətli qarətlər törədirlər. Laçındakı ermənilərin oğurluğu, vəhşiliyi o həddə çatıb ki, artıq bəzi ermənilər özləri bu hadisədən utandıqlarını vurğulamağa başlayıblar.

Məsələn, erməni politoloq, bloger Vartan Qukasyan ermənilərin Laçında törətdiyi vəhşiliklə, oğurluqla bağlı videogörüntülər paylaşıb.  Kalibre.Az xəbər verir ki, bu kadrlarda ermənilərin qarət edilmiş evləri əks olunub. Qukasyanın sözlərinə görə, bu evləri erməni talançıları qarət ediblər: “Bu görüntüləri görəndə şoka düşdüm. Berdzorda (Laçın ) ermənilərin evlərini ermənilər özləri qarət ediblər. Buna ən yumşaq halda soyğunçuluq demək olar. Onlar bu evlərdən elektrik avadanlıqları, qızıl və pulları aparır, buna quldurluq deyilir. Amma evlərdən pəncərələrin, qapıların, kafel-metlaxların, tualet avadanlıqlarının çıxarılmasını ifadə etməyə söz tapa  bilmirəm. Heç bir dildə bunun tərifi, ifadəsi yoxdur. Ən əsası isə, bunu türklər (azərbaycanlılar) yox, ermənilərin özləri edib! Berdzorun təslim olunduğunu eşidən kimi evləri viran qoymağa tələsdilər. Onlar hətta bu evlərdə hələ də ermənilərin yaşadığından xəbərsiz idilər”.

Göründüyü kimi hətta erməni bloger özü bu vəhşiliyə mat qalıb.

Ən azından milli-mənəvi, humanitar nöqteyi-nəzərdən bu faktı necə dəyərləndirmək olar ki, onlar illər uzunu yaşadıqları evləri belə talan edib aparırlar? Buna necə yanaşmaq olar?

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, burada təəccüblü bir hal yoxdur, baş verənlər tam erməni xislətini ifadə edir. “Laçının təhvil verilməsi prosesi hələ 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanat əsasında başlanıb. Həmin prosesin geridə qalan hissəsi Azərbaycanın üzərinə götürdüyü yeni yolun açılmasından sonra da davam edəcək. Bildiyimiz kimi, artıq yeni Laçın yolu istifadəyə verilir. Bunun müqabilində Laçının Zabux, eyni zamanda ermənilərin “Aqarno” adlandırdığı kənd və Laçın şəhəri erməni separatçılarından təmizlənir. Ümumiyyətlə, həmin ərazilərdə ermənilərin yaşaması o zaman mümkün ola bilər ki, onlar hələ Qarabağ münaqişəsi başlamazdan Azərbaycan vətəndaşlığını daşıyıblar, qeydiyyatda olublar, Azərbaycan vətəndaşı kimi bu ərazilərdə yaşayıblar. Onlar bu ərazilərdə qala bilərlər, qalmaq istəməsələr, təbii, bu onların öz seçimidir. Onların yeganə yolu Ermənistana köçmək və Ermənistan vətəndaşı olaraq həmin ölkədə yaşamaqdır. Digər tərəfdən, bu gün revanşistlər, terrorçular, seperatçılar hələ də Qarabağ ərazisində qalmaqdadırlar və onların bir  hissəsi də Laçın ərazisindədir. Onlardan biri olaraq Çabuşyan soyadlı Livan ermənisini göstərə bilərik. Bu həmin Çabuşyandır ki, bu gün başından böyük iddialar səsləndirirdi, “biz bu kəndləri verməyəcəyik” deyirdi. Əslində, onun bu cür çıxışlar etməsi təxribat xarakterlidir. Ancaq buna baxmayaraq, üçtərəfli bəynata əsasən orada hər hansı bir separatçının, yaxud mülki erməninn hərəkət etməsi üçtərəfli bəyanata ziddir və Azərbaycan kiçik bir antiterror əməliyyatı keçirməklə bu terrorçuları uzaqlaşdıra, neytrallaşdıra bilər”.

R.Rəsulovun sözlərinə görə, digər tərəfdən məlum olub ki, işğal dövründə Livandan, Suriyadan köçürülmüş ermənilər Zabux və “Aqarno” kəndlərində məskunlaşdırılıblar, onlar qanunsuz olaraq orada yaşayıblar. “Təbii ki, kənardan köçürülüb gətirilən ermənilər Laçından çıxarılmalıdır. Bu gün Laçını tərk edən ermənilərin əməllərinə gəlincə, erməni xisləti hər yerdə özünü göstərir. Ermənilər 44 günlük müharibədən sonra Kəlbəcəri və Laçının aşağı kəndlərini tərk edərkən vandalizm, qarət hadisələri törədirdilər. Bu gün də eyni vəhşiliyi təkrar edirlər. Ermənilər gedərkən flora və faunaya, kənd təssərrüfatına ziyan vurdular, evləri dağıtdılar, evlərin  qapı-pəncərəsindən tutmuş unitaza qədər hamısını oğurlayıb apardılar. Onlar  oğru xalqdır və mənəviyyatdan, humanizmdən uzaqdırlar. Fakt budur ki, erməni videoblogeri çəkiliş əldə edib və o video artıq sosial şəbəkələrdə də paylaşılıb. O çəkilişdə də qeyd olunur ki, ermənilər özləri başqa ermənilərin yaşadıqları evləri talan edirlər, kafel-metlaxı, elektrik naqillərini, kranları, qapı-pəncərələri söküb aparırlar. Təbii ki, ermənilər öz xislətlərinə uyğun olaraq unitazları da oğurlayıb aparıblar. Görsənən odur ki, ermənilər özləri başqa erməniləri qarət edir, evləri talan edirlər. Bu faktın özü də, erməniləri ifşa edən həmin video görüntülər də artıq sübut edir ki, ermənilər başlarını itib. Ermənilərin oğurluğunu, talançılığını, vandallığını biz deyil, ermənilər özləri ifşa edir.

Ermənilər yaxşı bilir ki, Laçın şəhəri və məlum kəndlər Azərbaycanın nəzarətinə keçəndən sonra növbə Xankəndinindir. Ümid edirəm ki, biz bu yaxınlarda Xankəndinin də nizama salınması məsələsində gözlədiyimiz məlumatları eşidəcəyik. Xankəndinin Azərbaycanın yurisdiksiyası altında qalması faktını öz gözlərimizlə müşahidə edəcəyik. Ümumiyyətlə, Laçında hər hansı bir təxribatın qarşısı dərhal alınacaq. Əbəs deyil ki, bu yaxınlarda Azərbaycan Müdafiə Nazirliyində toplantı keçirildi və orada nazir Zakir Həsənov xüsusilə tapşırdı ki, revanşist qüvvələr hər hansı təxribat cəhdinə əl atsalar bu təxribatların qarşısı dərhal və zamanında alınsın”- deyə R.Rəsulov qeyd etdi.

İradə SARIYEVA