Ermənilərin əsassız iddiaları sərhəd tanımır. Dünyanın istənilən xalqına və dövlətinə xas olan məşhur, qədim nə varsa “bizimdir”, “biz yaratmışıq” deyirlər. Elə götürək bu gün İsrail və yəhudiliklə əlaqələndirilən altıguşəli ulduzu, yəni “David ulduzu”nu.
Ermənilər iddia edirlər ki, altıguşəli ulduz (heksaqramma) ilk dəfə Ermənistanda “peyda olub” və “ermənilər bu işarədən uzun əsrlər boyu, yəhudilər bu simvolu qəbul etməmişdən xeyli əvvəl istifadə ediblər”. Guya dünyada ilk altıguşəli ulduzun təsviri “Ermənistanda, Aştarakdan çox uzaqda, Araqats dağı yaxınlığındakı qəbiristanlıqda tapılıb və eramızdan əvvəl XXI-XX əsrlərə aiddir”.
Gördüyünüz kimi, bu gün yəhudiliyin simvolu olan “David ulduzu” hayların “Aştarak və ya Araqat ulduzu”na “çevrilib”. Ancaq bu, xüsusilə təəccüblü olmamalıdır.
Araşdırmamız zamanı məlum oldu ki, “David ulduzu” “David qalxanı”, (Magen David idiş dilində Magendo`vid kimi tələffüz olunur) iki bərabərtərəfli ulduzun bir-birinin üzərində təsvir edilməsi ilə formalaşan altıgüşəli ulduz (heksaqramma) şəklində qədim simvoldur. Simvola David ulduzu adı veriləməsinin səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur. Həmin möhürün ilk dəfə Həzrəti Süleyman tərəfindən işlədildiyi qəbul edilir. Bir sözlə, altıguşəli ulduzun bir “peyğəmbər işarəsi” olduğu bildirilir. Həmçinin bu simvolun Çar Davidin döyüşçülərinin qalxanlarında təsvir edildiyi ehtimal edilir. İddialara görə, masonluğun əsas və məşhur simvollarındandır. Eyni zamanda XIX əsrdən etibarən yəhudilərin ümumi simvolu hesab olunan bu fiqur İsrail dövlətinin bayrağında da təsvir olunub. Ancaq masonların bununla bağlı fərqli fikirləri var. Onlar altıguşəli ulduzu Süleyman peyğəmbərin möhürü kimi deyil, Qədim Misirin bütpərəst sivilizasiyasının rəmzi kimi qəbul edirlər. "Memar Sinan" dərgisində çap olunan "Ayinlərimizdəki alleqoriya və rəmzlər" adlı bir məqalədə həmin məsələ belə açıqlanır: “Bərabərtərəfli üçbucaq üç nöqtəni eyni uzaqlıqlarda saxlayaraq, bu dəyərlərin bərabər olduğuna işarə edir. Masonluğun qəbul etdiyi və “Davudun ulduzu” kimi tanınan iç-içə keçmiş iki bərabərtərəfli üçbucaq, yəni heksoqram bu gün yəhudilərin simvolu kimi qəbul edilir və Israilin bayrağında yer alır. Amma əslində bu simvolların başlanğıcı Qədim Misirdir. Həmin emblem ilk dəfə Tampliyer cəngavərlərinin tikdirdiyi kilsələrdə xüsusi məna daşıyan divar bəzəyi kimi işlədilib. Tampliyerlərə divan tutulandan sonra bu emblem ilk dəfə sinaqoqlarda işlədildi. Amma masonluqda biz, şübhəsiz ki, onu Qədim Misirdə daşıdığı mənada qəbul edirik. Bu mənada da iki vacib qüvvəni bir-birinə birləşdiririk. Həmin iki bərabərtərəfli üçbucağın alt və üst tabanlarını silsəniz, qarşınızda çox yaxşı tanıdığınız bir səhləb çiçəyi simvolu görərsiniz”.
Yəhudi inancının ayrılmaz bir simvolu olan bu simvol İsrail xalqının dini və tarixi keçmişində oynadığı rollara görə Sion ulduzu, ya da Davudun ulduzu olaraq adlandırılıb. Əfsanəyə görə, "Goliat" adlı nəhəngə qarşı döyüşərkən, kiçik Davidi (Davudu) qoruyan qalxanın üzərində altıbucaqlı bir simvol vardı. Bu simvol bəlkə də şəklini David adının İvritcədə ki yazılışına borcludur. David ivrit dilində üç hərflə: "Dalet-vav - Dalet" hərfləriylə yazılır. Çox köhnə İvrit əlifbasında isə Dalet hərfi Yunan əlifbasındakı "Delta" ya bənzəyən kiçik bir üçbucaq şəklində yazılırdı. İki "Dalet" in birləşməsi, yəni iki üçbucağın altıbucaqlı bir ulduz şəklində çəkilməsi Kral Davidin adını təmsil edirdi. Bu şəklin Kral Davidin monoqramı olması məntiqli bir fərziyyədir.
Altıbucaqlı ulduzun ilk dəfə "David Ulduzu" olaraq adlandırılmasına dair yazılı nümunəyə XIII əsrdə Kabalist Yosef Gikatillanın əsərlərində rast gəlinir. İlk İvrit kitabı Praqada 1512-ci ildə basılan "Səfər Tefirot" dur. Bu kitabın üz qabığında böyük "Davud Ulduzu" təsvir edilib. Magen David Yəhudilik simvolu olaraq ilk dəfə Praqa Yəhudi Camaatı tərəfindən istifadə edilmiş və bu camaatın xüsusi və rəsmi simvolu olaraq qəbul edilmişdir.
Gördüyünüz kimi, bu mənbələrin heç birindən hayların adı keçmir. Təsəvvür edin ki, bu toplum hər şeyi özününküləşdirmək üçün hər yola əl atır.
- “Bu simvolun ermənizmlə, Qriqorianlıqla heç bir əlaqəsi yoxdur”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev də bizimlə söhbətində bildirdi ki, 6 guşəli ulduzla hayların heç bir əlaqəsi yoxdur və haylar hər hansı bir qədim mədəniyyətə də sahib deyil, bu gün iddia etdiklərinin hamısı isə başqa xalqlara aiddir. “Gördüyünüz kimi, haylar dünyada nə qədər qədim mədəniyyət nümunələri, nə qədər tarixi yerlər, abidələr, dini-tarixi kitablar, əlyazmalar, simvollar varsa hamısına iddia edirlər. İndiyə qədər elə qədim bir simvol yoxdur ki, ermənilər onlara qarşı əsassız iddia irəli sürməsin. İnanın ki, belə qondarma məsələlərlə bağlı saysız kitablar yazıblar. Bu gün yəhudiliyin simvolu hesab edilən altıgüşəli ulduza qarşı əsassız iddialar da ermənilərin növbəti avantürasıdır. Eradan əvvəl XXI-XX əsrlərdə yəhudilik haqqında məlumatlar, onların dini, inancları, mədəniyyətləri olanda ermənilərin nə dini, nə dövləti var idi. Ermənilər onda heç xalq kimi formalaşmamışdılar. Əslinə qalanda, indi də heç formalaşmayıblar. Çünki onlar bir qrupdur, bir tayfadır, bu tayfanı da “böyük millət” kimi təqdim etmək istəyirlər və o da çox gülünc görsənir. “Davud ulduzu” barədə kifayət qədər məlumat var və o simvolun yəhudilərlə, İsrail dövlətinə bağlılığı da faktdır. Burada ermənilərin özünü ən qədim kitabı, inancı olan yəhudilərdən “qədim” saymaq iddiası görsənir və ermənilər bununla özlərini bibır edirlər. Bu simvolun ermənizmlə, Qriqorianlıqla heç bir əlaqəsi yoxdur”.
Ermənilərin isə dinlərinin eramızın IV əsrində yaradıldığını deyən Q.Hacıyevin sözlərinə görə, onlar Qriqoryanlığı məhz IV əsrdə ortaya atırlar. Ermənilərin dövlətinə gəlincə, Q.Hacıyev vurğuladı ki, bütün dünya ermənilərin XX əsrin əvvəllərində Azərbaycan torpaqlarında özlərinə dövlət qurduğunu bilir. “Ermənilərin dini baxışları da qarışıq olub. Bu məsələni ortaya atmalarında məqsəd nədir? Məqsəd, hər yerdə olduğu kimi, burada da “Ararat dağını” “Araqats dağı” kimi təqdim etməkdir ki, guya bu simvol oradan tapılıb. İkincisi də, ermənizmdə ən böyük xəstəlik odur ki, harada qədim nə varsa onu öz adlarına çıxırlar. Buna görə də, bu məsələni ortaya atıblar”- deyə Q.Hacıyev bildirdi.
İradə SARIYEVA