Cavid Qurbanov nazir müavini təyin olundu

24 May 2022 20:38 (UTC+04:00)

Prezident İlham Əliyev C.Q.Qurbanovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.