Diaqnostik qiymətləndirmədən sertifikatlaşdırmaya qədər - müəllimlər və təhsilimiz nə əldə etdi...

20 May 2022 08:44 (UTC+04:00)

Bu il orta ümumtəhsil məktəblərində və ali təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin sertifikasiyasına başlanacaq. Proses test imtahanları və müsahibə mərhələlərindən ibarət olacaq.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva mətbuata bildirib ki, sertifikasiyanın əsas məqsədi müəllimlərin peşəkar inkişaf səviyyəsinin yoxlanmasıdır.

Tükəzban Quliyevanın sözlərinə görə, keçid balını toplamayan və ya üzrlü səbəblərdən imtahanda iştirak etməyən şəxslər 1 il sonra yenidən imtahan verməli olacaq. Ancaq növbəti dəfə uğur qazanmadıqda, həmin müəllimlər işdən kənarlaşdırılacaq. Bildiyimiz kimi, sertifikasiya imtahanlarının keçirilməsi ilə bağlı qərar isə müəllimlər tərəfindən birmənalı qarşılanmır. İndiyə qədər müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılırdı, indisə orta məktəb müəllimlərinin sertifaktlaşdırılması aparılacaq. Diaqnostik qiymətləndirmə ilə seritifikasiyanın bir-birindən fərqi nədir? Diaqnostik qiymətləndirmə keçirilirdi, indi də sertifikasiya nədir? Təhlükəli haldır. 30 faizdən artıq müəllimin işsiz qalma perspektivi var. Diaqnostik qiymətləndirmənin indiyə qədər bir praktik əhəmiyyəti olub, olmayıb? Diaqnostik qiymətləndirmədən imtina olunurmu? Bundan sonra diaqnostik qiymətləndirmə olacaqmı, yoxsa artıq sertifikasiya mərhələsinə keçirik?

Diaqnostik qiymətləndirmədən sertifikatlaşdırmaya qədər müəllimlər və təhsilimiz nə əldə etdi?

Tanınmış təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə bildirdi ki, diaqnostik qiymətləndirmə müəllimlərin bilik, bacarıq və vərdişlərinin dioqnostik ölçülməsidir. “Yəni ilkin ölçülməsidir. Diaqnostik qiymətləndirmə müəllimin əmək fəaliyyətində hər hansı bir rol oynamır. Diaqnostik qiymətləndirmə haqqında qaydalar bunu deyir. Orada hədd qoyulmuşdu ki, diqonostik qiymətləndirmədə 10 faiz bal həddini keçənlər artıq diqonostik qiymətləndirmədən keçirilmiş sayılırlar. Amma burada məsələ necədir? Əvvəla, diqonostik qiymətləndirmə ölkə ərazisində beş mərhələdən keçməklə 2014-cü ildən başladı və 2017-ci ildə bitdi. Çox təəssüflər olsun ki, 2017-ci ildə artıq Təhsil Nazirliyi özünün təsdiq etdiyi diaqnostik qiymətləndirmə qaydalarına zidd olaraq müəllimlərin peşəkarlığını diaqnostik qiymətləndirmə ilə qiymətləndirməyə başladı. Nəticə etibarı ilə diaqnostik qiymətləndirmədə tədris etiyi fənn üzrə müəllimlərin topladığı bala görə müəllimlərin dərs bölgüsü aparılmağa başladı. Bir daha çox təəssüf ki, 5-6, 7-8 il bundan əvvəl dioqnostik qiymətləndirmədən keçmiş müəllimlərin  hələ də dərs bölgüsü həmin ballara əsasən aparılır. Bu da qəbul edilən deyil, məntiqsizdir. Amma əfsuslar olsun ki, bu belədir. Diaqnostik qiymətləndirmə müəllimlərin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyən etmək üçün Təhsil Nazirliy tərəfindən keçirilən bir qiymətləndirmə idi. Əslində diaqnostik qiymətləndirmə prosesi sertifikasiyaya hazırlıq xarakteri daşıyırdı. Setifikasiya nədir? Serifikasiya  müəllimlərin yararlılığını və peşəkarlıq səviyyəsini müəyyən edən prosedur qaydadır. Bu bizimlə eyni məktəb modelini bölüşən Ukraynada 2017-ci ildən keçirilməyə başlayıb. Sertifikatlaşma ilə bağlı qaydalar Azərbaycanda 30 aprel 2020-ci ildə Nazirlər Kabinetinin 155 nömrəli qərarı qəbul edilib”.

E.Qafarovun sözlərinə görə, dövlət mülkiyyətində olan ümumtəhsil məktəblərində, o cümlədən də tam orta ümumtəhsilin həyata keçirildiyi peşə təhsili, orta ixtisas və digər dövlət mülkiyyətində olan məktəblərdə işləyən müəllimlər bu prosesə cəlb  olunacaqlar. Pandemiyanın başlanmasının bütün məsələləri yubatdığını qeyd edən ekspert vurğuladı ki, artıq bu yaxınlarda sertifikasiyanın keçirilməsinə başlanacaq: “Sertifikasiyada əsas şərt nədir? Müəllimlərin peşə yararlılığı yoxlanılır. Burada müəllimlərin işə qəbulu qaydalarına uyğun olaraq 40 sual fəndən, 20 sual isə metodikadan salınır. Yadınıza salım ki, diaqnostik qiymətləndirmədə də belə idi. Birinci mərhələdə cəmi 60 sualdan ən azı 50 faiz toplayanlar sertifikasiyanın birinci mərkələsini keçmiş sayılır. Nümunə üçün deyim ki, Ukraynada bu rəqəm 60 faizdir. Sertifikatlaşmanın birinci mərhələsindən keçənlər bir də müsahibə mərhələsindən keçəcəklər. Müsahibə mərhələsində də toplanılan maksimum bal 40 baldır, 5 meyar üzrə keçirilir. Bu meyarlar tədris prosesinin təşkili, özünü təqdimetmə, mövzunu təqdimetmə, qiymətləndirmə və ünsiyyətdir. Burada müəllimlər 4 ballıq şkala ilə qiymətləndirilir və mövzunu təqdimetmə işə vurulur. Iki misli, ünsiyyət bir misli götürülür, geridə qalan kriteriyalar isə iki misli götürülür. Maksimum bal  burada 40 baldır. Yəni sertifikasiyadan keçmiş müəllimin maksimum balı 100 baldır. Müsahibə mərhələsində də ən azından 20 və daha çox bal toplayanlar ikinci mərhələdən keçmiş sayılırlar. Ümumilikdə sertifikasiyadan keçmiş sayılırlar. Sertifikasiyadan keçmiş müəllimlə 5 il müddətində ümumtəhsil məktəblərində müəllim işləmək hüququ verilir. Sertifikasiyadan keçməyən, yaxud iştirak etməyən müəllimlərə isə bir il müddətində yenidən şərait yaradılır. Bu dəfə də iştirak etməyənlərin, yaxud keçə bilməyənlərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 maddəsinin c bəndinə uyğun olaraq xitam verilir. Ümumiyyətlə, sertifikasiyanın olması normal haldır. Dünyanın müxtəlif ölkələrində müəllimlər mütəmadi olaraq sertifikasiyadan, yaxud attestasiyadan keçirilir. Hətta o ölkələrdə bir ildən bir keçirilir, amma bizdə yaxşıdır, 5 il müddətinə verilir. Hesab edirəm ki, sertifikasiyanın Azərbaycan təhsilinə çox müsbət faydaları olacaq” - deyə E.Qafarov qeyd etdi.

İradə SARIYEVA