Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO

14 May 2022 14:56 (UTC+04:00)

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.