Kreml Qərb dövlətlərinə xəbərdarlıq etdi

12 May 2022 14:05 (UTC+04:00)

Kreml Qərb dövlətlərinə xəbərdarlıq edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Ukraynadakı hərbi əməliyyatlara müdaxiləyə cəhd edən tərəflərə sərt cavab veriləcək. Onlar buna hazır olmalıdırlar”, - o söyləyib.