DİN Lənkəran Dövlət Universitetinin müəllimi ilə bağlı iddialara münasibət bildirdi

3 May 2022 14:07 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev "Report"un sorğusuna cavab olaraq bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

O qeyd edilib ki, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır: "Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaqdı".

Xatırladaq ki, sosial şəbəkədə Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.