Formula 1 Azərbaycan Qran Prisində bəzi dəyişikliklər olacaq

17 Mart 2022 11:51 (UTC+04:00)

Bu il Formula 1 Azərbaycan Qran Prisi təqvimdə 8-ci yarış olacaq. Bunu Trend-ə açıqlamasında Bakı Şəhər Halqasının mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, bu il Azərbaycanda yarışlar pandemiya səbəbindən 3 gün davam edəcək.

“Yarışların keçirilmə saatlarında da müəyyən dəyişiklikər olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, bu il Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyunda keçiriləcək.