Aİ ölkələrinin səfirləri Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

19 Yanvar 2022 16:10 (UTC+04:00)

Avropa İttifaqına (Aİ) üzv ölkələrin Azərbaycandakı səfirləri bu gün Şəhidlər Xiyabanını ziyarət ediblər.

Trend xəbər verir ki, səfirlər 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfil düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.