Hələlik xaricilərin azad ərazilərə səfərinə icazə verilmir...

18 Yanvar 2022 12:06 (UTC+04:00)

İndiki mərhələdə xarici ölkə vətəndaşlarının müntəzəm marşrut xətti ilə işğaldan azad edilmiş ərazilərə səfərinə icazə verilmir.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

O bildirib ki, hazırda səfərlər yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. “Hazırda həmin ərazilərə səfər etmək istəyən Azərbaycan vətəndaşlarının sayı həddən artıq çoxdur”, - deyə o bildirib.