KKTC-nin qurucu prezidenti Denktaş vəfatının 10-cu ildönümündə anıldı

14 Yanvar 2022 19:22 (UTC+04:00)

Quzey Kıbrıs Türk Cümhuriyyətinin(KKTC) qurucu prezidenti Rauf Raif Denktaş vəfatının 10-cu ildönümündə paytaxt Lefkoşadakı məzarı önündə anılıb.

Baki-xeber.com xəbər verir ki, anım mərasimində KKTC Prezidenti Ersin Tatar, nazirlər, millət vəkilləri, KKTC İkinci Prezidenti Mehmet Əli Talat, Türkiyənin Lefkoşa səfiri Ali Murat Başçeri, hərbçilər, Rauf Denktaşın oğlu Serdar Denktaş və ailəsi, vətəndaşlar, qurum və təşkilatların nümayəndələri iştirak edib. 

Prezident Tatar və Denktaş ailəsinin əklil qoyması ilə başlayan mərasim bir dəqiqəlik sükut və İstiqlal Marşı ilə davam edib. 

Xatirə Şəxsi Kitabına imza atan Tatar buradakı çıxışında Denktaşa bir daha rəhmət diləyib. 

Tatar ömrü mübarizə ilə keçən Denktaşın 1960-cı il anlaşmalarından öncə EOKA terror təşkilatına qarşı qəhrəmancasına savaşdığını bildirib. 

Denktaşın bir vəkil olaraq 1960-cı il anlaşmalarında iki xalqın Kıbrısda suveren olaraq qeydə alınmasında və Türkiyənin zamin olaraq iştirakında böyük rol oynadığını xatırladan Tatar, “O (Denktaş) mücahid və cəsur bir ürək idi. Denktaş hüquqşünas və vəkil idi. Biz hamımız onun həyatının böyük bir hissəsində nə qədər danışıq aparan biri olduğunu, hüquqlarımızın, qanunumuzun və müstəqilliyimizin əldə edilməsində xidmətlərinin nə qədər əhəmiyyətli olduğunu çox yaxşı bilirik”, deyib. 

"Denktaş ölüm döşəyində "İstiqlal, azadlıq, hürriyyət və suverenlikdən əsla vaz keçməyin, Türkiyəyə və vətənimizə möhkəm sarılmağı laqeyd yanaşmayın" dedi", - Ersin Tatar bildirib. 

1983-cü ildə KKTC-nin qurulması ilə Kıbrısda iki ayrı xalqın olduğunu, bu iki ayrı xalqın dominant olduğunu və Denktaşın o dövrdə suverenlik əsasında federasiya modelində razılaşma olmayacağını proqnozlaşdırdığını qeyd edən Tatar Denktaşın bütün danışıqlarda Kipr Türk xalqının suverenliyi üçün hayqırdığını vurğulayıb. 

Tatar Denktaşın məktəbində tərbiyə almış biri kimi Kıbrıs Türk xalqını danışıqlar masasında təmsil etdiyini və “iki ayrı dövlət və suverenlik” siyasətini müdafiə etdiklərini, bu əsasda razılaşma ilə özlərinin ola biləcəklərini ifadə edib. O, Denktaşın iradəsini yerinə yetirdiyini və bu siyasətdən heç bir addım atılmamasının gərəkdiyini bildirib.