"Kommunikasiyaların açılması Aİ-nin tam dəstəklədiyi vacib məqsəddir" - Toivo Klaar

14 Yanvar 2022 12:47 (UTC+04:00)

Münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması Avropa İttifaqının (Aİ) tam dəstəklədiyi vacib məqsəddir.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın "Twitter" səhifəsindəki paylaşımında deyilir.

Paylaşımda həmçinin Ermənistan və Türkiyə nümayəndələrinin Moskvada görüşü ilə bağlı xəbərin alqışlandığı qeyd edilir.

Qeyd edək ki, bu gün Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüş keçirilir.