Məşhur türkiyəli teleaparıcı Acun İngiltərədə futbol klubu aldı - 15-20 milyon...

2 Yanvar 2022 18:29 (UTC+04:00)

Türkiyəli teleaparıcı, biznesmen Acun Ilıcalı futbol üzrə İngiltərənin ikinci çempionatında (EFL) mübarizə aparan "Hull City" klubunu alıb. Baki-xeber.com xəbər verir ki, bunu Acun Ilıcalı özü açıqlayıb.

"İngiltərənin ikinci liqasından bir klubu aldım. Buradan bütün sevənlərim və izləyicilərimə səslənirəm. "Hull City"-nin İnstagram hesabını izləyin", - deyə Acun Ilıcalı öz sosial şəbəkə hesabında yazıb.

Acunun açıqlamasından sonra İnstagramda 291 min izləyicisi olan "Hull City" klubunun izləyicilərinin sayı birdən-birə 404 minə yüksəlib.

Acun Ilıcalı öz sosial şəbəkə hesabından klubun İnstagram hesabını izləməyə çağırıb: "İngiltərə"Championship"dən bir klubu aldım. Buradan bütün sevənlərimizə və izləyicilərimizə səslənirəm. "Hull City"nin İnstagram hesabını izləyin". 

Qeyd edək ki, anlaşmanın məbləği ilə bağlı hələlik heç bir açıqlama verilmir. Ancaq bundan əvvəl Acun Ilıcalının "Hull City"nin misirli sahibi Ehab Allama 15-20 milyon sterlinq təklif etdiyi bildirilirdi.

Klub 1904-cü ildə qurulub.