Abşeronda ölümlü yol qəzası - iki minik avtomobili toqquşdu

27 Dekabr 2021 12:32 (UTC+04:00)

Abşeron rayonunun Məhəmmədi kəndində “AzSamand” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trendə-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun meyitini deformasiyaya uğrayan “AzSamand” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.