“ABŞ Türkiyənin Qarabağ siyasətinə münasibətini tam dəyişdi…” - Aydın Quliyev

23 Sentyabr 2021 12:52 (UTC+04:00)

Qardaş Türkiyənin Qafqazda fəal roluna ABŞ-ın münasibətində əsaslı dəyişikliyin edildiyi qənaətinə gəlməyə əsas verən xəbər həqiqətən sevindiricidir.

Bu barədə “Bakı-Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyevin yazır:

BMT Baş Məclisinin 76-cı sessiyası çərçivəsində ABŞ rəsmisi keçirdiyi brifinqdə maraqlı bəyanatlar səsləndirib. Azərbaycan-Ermənistan gərginliyinin aradan qaldırılması perspektivlərindən danışan diplomat deyib ki, biz bu sahədə fəal işləyən Türkiyəyə bundan sonra da gərəkli dəstəyimizi ifadə etdik. Yəni ABŞ Türkiyənin regionumuzdakı fəallığını faktiki olaraq qəbul edir.

Maraqlıdır ki, ABŞ-ın indiki mövqeyi 44 günlük müharibə günlərində Tramp və onun komandasının açıq ifadə etdikləri mövqenin tam əksidir. O zamankı Dövlət katibi Mayk Pompeonun bəyanatları yəqin unudulmayıb. Pompeo açıq deyirdi ki, Türkiyənin Qarabağ münaqişəsi kontekstindəki fəallığı bizi narahat edir və NATO-nun strategiyasına uyğun deyil.

Fərq aşkar görünür…