Ağdamda mülki şəxs minaya düşdü

21 Sentyabr 2021 07:14 (UTC+04:00)

Ağdamda bir nəfər mülki şəxs minaya düşüb. Trend-in Qarabağ bürosunun məlumatına görə, Qubadlı sakini Ağayev Zəfər Yunis oğlu yol tikintisi zamanı ekskavator sürərkən minaya düşüb.

Yaralı vəziyyətdə olan Ağayev Zəfər Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.