Rüfət Aslanlı şirkət yaradıb

16 Sentyabr 2021 13:14 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Urgula Advisory” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 196, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Rüfət Cəbrayıl oğlu Aslanlıdır.

Söhbət 2019-cu ilin sonuna yaxın ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrindən gedir.