Komissiya sədri Eldəniz Səlimovun hərəkətini parlament üçün çox böyük ləkə adlandırdı

3 Avqust 2021 11:36 (UTC+04:00)

Deputat Eldəniz Səlimovun hərəkəti parlament üçün çox böyük bir ləkədir. Trend-in məlumatına görə, bunu Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.

O qeyd edib ki, bu məsələ komissiyada geniş müzakirə olunub və Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi üçün kifayət qədər əsasların olduğu müəyyən edilib: “Biz bundan sonra Milli Məclisin şərəfli adını qorumalıyıq. Hər kəs qanun qarşısında bərabərdir və öz əməlinə görə cavab verməlidir. Bu hadisə bizim hər birimiz üçün dərs olmalıdır”.