Müdafiə Nazirliyi daha bir erməni yalanını ifşa etdi - "Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir"

2 Avqust 2021 20:19 (UTC+04:00)

Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Baki-xeber.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.