Bəhram Hüseynov Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edildi

19 İyul 2021 14:26 (UTC+04:00)

Prezident İlham Əliyev B.B.Hüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında
Sərəncam verib.

Sərəncamla Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.