Ermənistanda seçkiqabağı gərginlik artır - Paşinyanla Koçaryan tərəfdarları Gümrüdə toqquşdu

10 İyun 2021 10:47 (UTC+04:00)

Ermənistanınn Gümrü şəhərində baş nazir vəzifələrini icra edən Nikol Paşinyanla sabiq prezident Robert Koçaryanın tərəfdarları arasında toqquşma baş verib.

Trend-in erməni KİV-lərinə məlumatına görə, insident N.Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasının seçki kampaniyası zamanı qeydə alınıb.

Tərəflər arasında sözlü mübahisə kütləvi davaya çevrilib.

Bundan başqa, Ararat vilayətində Demokrat partiyasının rəsmiləri seçicilərlə görüş zamanı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 20-də keçiriləcək.