Şəkidə ölümlü yol qəzası…

17 May 2021 13:55 (UTC+04:00)

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, mayın 15-i saat 23 radələrində Şəki rayonu Qoxmuq kəndi ərazisində Zəngilan rayon sakini İ.Kərimovun idarə etdiyi “Volkswagen” və Şəki şəhər sakini E.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2107”-də sərnişin qismində əyləşən F.Verdiyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, mayın 16-da orada ölüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.