Azərbaycanda daha 377 nəfər koronavirusa yoluxdu, 14 nəfər vəfat etdi

15 May 2021 16:42 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb, 1 318 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 329 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 313 778 nəfər müalicə olunaraq sağalıb, 4 768 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 825 nəfərdir.

Ötən müddət ərzində 3 375 679 test aparılıb. Bugünkü test sayı isə 7 285-dir.