Ermənistan Azərbaycanla qarşıdurmaya KTMT-ni cəlb etmək cəhdinin yeni mərhələsinə başlayıb - Aydın Quliyev yazır...

15 May 2021 10:36 (UTC+04:00)

Laçının Qaragöl qoruğu ətrafında yaşanan gərginlikdən hələlik çıxarmalı olduğumuz iki mühüm nəticə var. Əvvəla, 2020-ci il iyulun 12-də Ermənistan Tovuzda törətdiyi təxribatdan sonra Azərbaycanla qarşıdurmaya KTMT-ni cəlb etmək cəhdinin yeni mərhələsinə başlayıb.

Bu sözləri özünün Facebook sosial hesabında “Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev yazır. Bu günlərdə Ermənistanla sərhəddə yaşanan gərginliyi şərh edən politoloq daha sonra xatırladır ki, o zaman da KTMT-ni münaqişəyə qatmaq üçün əllərindən gələni etdilər:

“İndi isə Paşinyanın Putinə məktub göndərməsi, zəng etməsi, guya Putinin dediyi "Azərbaycan əvvəlki mövqelərə qayıtmalıdır" sözlərinin geniş tirajlanması, Ayvazyanın KTMT XİN başçıları Şurasinin sədri və Tacikistanın XİN başçısına zəngi, KTMT sədri və Tacikistan prezidentinin guya məsələni müzakirəyə çıxaracağı ilə bağlı vədi, habelə Ayvazyanın KTMT baş katibi Zasla söhbətlərinin bir mənası var: Ermənistan Azərbaycanla münasibətləri KTMT-nin daxili təhlükəsizlik işinə çevirmək planından əl çəkməyib və çəkməyəcək...

İkinci, Sülhməramlıların Qarabağdan mütləq gedəcəyi ictimai şüurda bərkidikcə, Ernənistanla Azərbaycan arasında şərti olaraq Dağlıq Qarabağ deyilən ərazidən kənar yeni münaqişə ocağı yaradılmasına hazırlıq gedir... Hadisələrin Lavrovun bölgəyə gəlib-getməsindən sonra başlaması isə təsadüf olmaya bilər”.

A.Quliyev sonda onu da bildirir ki, kimsə baş verənlərə adi bir göl məsələsi kimi baxmasın...