Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib

11 May 2021 11:45 (UTC+04:00)

Xarici işlər nazirlərinin başçılığı ilə Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter səhifəsinə məlumat verilir.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdədir. Geniş tərkibli görüşdən əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı ilə təkbətək görüşü keçirilib.