Müğənni Aslan yol qəzasında ölüb

4 May 2021 15:14 (UTC+04:00)

Müğənni Aslan Hüseynov yol qəzasında ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Trend-ə açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynov qəzada vəfat edib.

A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub.

Bu gün yol qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynov Gəncədən anasının yas mərasimindən qayıdırmış. Trend-in məlumatına görə, A.Hüseynovun anası ötən həftə dünyasını dəyişib. Müğənni də dünən anasının 7 mərasimində iştirak etmək üçün Gəncə şəhərinə gedib.

Bu gün səhər saatlarında Gəncədən Bakıya qayıdan A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində yol qəzasına düşüb və nəticədə dünyasını dəyişib.