Alban-Udin dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər... - FOTO

17 Aprel 2021 11:17 (UTC+04:00)

Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udin dini icması üzvlərinin azad olunmuş ərazilərə növbəti səfəri başlayıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, icma üzvləri Xocavənd rayon Tuğ kəndinə yollanıblar.

Səfər çərçivəsində dini icma üzvləri Tuğdakı qədim alban məbədini ziyarət edəcəklər. Dini icma alban məbədində Pasxa bayramı münasibəti ilə uzun illərdən sonra ilk dəfə dini ayin icra edəcək.

Xatırladaq ki, Alban-Udin dini icmasının üzvləri bundan öncə də azad olunmuş ərazilərə səfər ediblər.