Azərbaycan "Sputnik V" vaksini istehsal edə bilər...

16 Aprel 2021 14:25 (UTC+04:00)

Azərbaycan COVID-19 əleyhinə Rusiya vaksinlərini istehsal edə bilər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

"Bizim bu sahədə əməkdaşlığımız davam edir, Rusiya hər həftə öz vaksinlərinin istehsal həcmini artırır. Biz nəinki öz vaksinlərimizi tədarük etməyə hazırıq, hətta mən bildiyim qədəri ilə Azərbaycanda bu vaksinlərin istehsalı məsələsi nəzərdən keçirilir ki, bu da "Sputnik V"ni digər ölkələrə ixrac etməyə imkan verər", - Matviyenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüş zamanı deyib.

O, həmçinin qeyd edib ki, bu ilin aprel-may aylarında Rusiya Azərbaycana "Sputnik V" çatdıracaq.