Gürcüstan parlamentində Qarabağ müzakirələri...

12 Aprel 2021 13:10 (UTC+04:00)

Gürcüstan parlamentində Qarabağdakı vəziyyətlə bağlı müzakirələr keçirilir. Trend bu barədə Gürcüstan KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, ölkənin Kəşfiyyat Xidmətinin əməkdaşları Müdafiə və təhlükəsizlik komitəsinin iclasında deputatları müvafiq məlumatlarla tanış edir.

Bundan başqa, Ukrayna ilə bağlı məsələnin də müzakirəsi gözlənilir.

Komitə iclası bağlı qapılar arxasında keçirilir.